Narkoman sürücü taksiylə avtobusu bir-birinə qatdı - VİDEO

Özünü taksiyə, taksini isə avtobusa yapışdırdı.
Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxt şəhərində baş verib. Sosial şəbəkələrdə maraqla qarşılanan olayın görüntüləri anbaan yolun müşahidə kameralarına düşüb. Belə ki, dayanacaqda saxlayan taksi sərnişinin maşına minməsini gözləyərkən arxadan yüksək sürətlə gələn “kamaz” markalı nəqliyyat vasitəsinin hücumuna məruz qalıb. Sərnişinin əyləşməsi ilə taksini qarşıda saxlayan avtobusa pressləyən “kamaz” onların hər ikisini sıradan çıxarıb. Əzilmiş taksinin sürücüsü və sərnişininin hissələrə ayrılmış cəsədi çətinliklə avtomobildən çıxarılıb. Arxa tərəfi yararsız hala düşən avtobusdakı sərnişinlərdən üçü zərbə nəticəsində aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qəza törədən “kamaz” markalı nəqliyyat vasitəsinin sürücüsü isə məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, araşdırma zamanı onun narkotik maddə qəbul etdiyi və özündə olmayaraq idarəetməni buraxdığı müəyyənləşib.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












