Naxçıvanda polisin öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO - FOTO

Naxçıvanda ağır yol qəzasında ölənlərdən biri polis mayoru olub.
Naxçıvan MR DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, mayın 21-də Şahbuz rayonu Vayxır kəndi ərazisində 1971-ci təvəllüdlü Bəxtiyar Şirinovun idarə etdiyi “Lifan” markalı avtomobilin aşması nəticəsində özü və avtomobildə olan 1982-ci il Zahir Səfərov dünyasını dəyişib.
Z.Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.
Araşdırma aparılır.
***
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
Yol qəzası bu gün səhər saatlarında Naxçıvan-Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Şahbuz istiqamətindən Naxçıvan istiqamətinə hərəkət edən avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Zahid Zəfərov və 1971-ci il təvəllüdlü Bəxtiyar Şirinov hadisə yerində ölüb.
İlkin versiyaya görə, hadisəyə səbəb yağıntılı hava şəraitində sürət həddinin aşılmasıdır. (report)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














