Naxçıvanda bir ailə qəzaya düşdü, ölən və xəsarət alanlar var - FOTO

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
75-BH-431 nömrəli avtomobillə 71-BB-012 nömrəli avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
İlkin məlumata görə, xəsarət alan ana və iki övladı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, ata isə vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
***
Naxçıvanda qəza zamanı ölən və xəsarət alan ailə üzvlərinin kimliyi məlum olub.
Qəza nəticəsində ata - 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib. Ana - 1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, uşaqları 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.
Ana və qızının vəziyyəti orta-ağır, oğlunun isə vəziyyəti ağırdır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
















