Naxçıvanda DƏHŞƏTLİ QƏZA: 6 ölü - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Naxçıvanın Kəngərli rayonunda baş verən qəzada xəsarət alanların adları məlum olub.
Onların 4-ü reanimasiyada, 2-i isə travmatalogiya şöbəsindədir.
Qəzada xəsarət alanlar aşağıdakılardır:
1993-cü il təvəllüdlü Əliyev Cəlil Musa oğlu, 1994-cü il təvəllüdlü Sultanova Elmira Əlirza qızı, 2003-cü il təvəllüdlü Cəfərova Zəhra Fərman qızı, 2013-cü il təvəllüdlü Sultanlı Fəridə Fariz qızı, 2014-cü il təvəllüdlü Sultanlı Səlim Fariz oğlu və 2018-ci il təvəllüdlü Sultanov Xanlar Toğrul oğlu. (apa)
***
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 6-ya çatıb.
Bu barədə report-un yerli bürosu xəbər verir.
Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır.
Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.
Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər ölüb.
Qəzada yaralı olan beş nədərin vəziyyəti də ağır qiymətləndirilir.
Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.
***
Bu gün gecə saatlarında Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.
Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 4 nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














