Naxçıvanda maşın qəzadan sonra yanıb, 2 nəfər xilas edilib - VİDEO

Naxçıvan şəhəri ərazisində idarəetməni itirən avtomobil yolun kənarına aşıb.
Avtosfer.az xəbər verir ki, hadisə yerinə gələn Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəxsi heyəti nəqliyyat vasitəsində sıxılıb qalan Allahverdiyev Rəhim Məhəmməd oğlu və Allahverdiyev Kazım Hüseyn oğlunu xilas edib.
Xilasetmə əməliyyatından sonra avtomobil anidən alovlanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkim müayinəsindən sonra Allahverdiyev Kazım travmatologiya, Allahverdiyev Rəhim isə vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












