Nazirliyin işçisi xidməti maşınla qəzaya düşdü - Yaralılar var

Abşeron rayonunun Masazır qəsəbəsində yolu keçmək istəyən ata və onun qızını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən (RPİ) "report"a verilən məlumata görə, hadisə zamanı 1989-cu il təvəllüdlü Məmişov Zamin Əli oğlu idarə etdiyi "QAZ 31105" markalı avtomobillə yolu keçən Hüseynov Təyyar Abdul oğlu və onun qızı Abbasova Təzəgül Təyyar qızını vurub.
Hadisədən sonra sürücü Z.Məmişov piyadalara yardım göstərmədən ərazidən yayınıb. Yaralı piyadalar isə hadisə şahidləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisədən bir neçə gün sonra qəza törədən Z.Məmişov könüllü olaraq polisə gələrək təslim olub və etdiyi qəzanı etiraf edib. Sürücü qəzadan sonra piyadalara yardım göstərmədən qaçmasını hadisə zamanı qorxması ilə əlaqələndirib. Qəza ilə bağlı Abşeron RPİ-də başlanan araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisəni törədən sürücü Z.Məmişov Təhsil Nazirliyində sürücü işləyir. O, qəza zamanı piyadaları nazirliyə məxsus xidməti avtomobillə vurub.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO










