Nənə və nəvəni maşın vurdu

Yolu keçmək istəyən nənə və nəvəni maşın vurub. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydə alınan hadisə 53 yaşlı Bikə Mehdiyeva və onun 9 yaşlı nəvəsi Orxan üçün ağır olub.
Məlumata görə, yolu keçmək istəyən Mehdiyevləri 24 yaşlı Maqsudov Qurban Nəbi oğlunun idarə etdiyi “VAZ 2108” markalı minik maşını vurub. Sürücünün diqqətindən yayınan nənə və nəvə düz yolun ortasında “Jiquli”nin zərbəsinə tuş gəliblər.
Xəsarət alan Bikə və Orxan Mehdiyevlər dərhal 1 saylı şəhər xəstəxanasına aparılıblar. Xəsəxanada hər iki piyadaya kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrində əzik diaqnozu qoyulub. Nənə Bikə Mehdiyeva palata şəraitində müalicəsini davam etdirsə də, 9 yaşlı Orxan reanimasiya şöbəsinə yerləşdirilib.
Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Eldəniz Əsgərovun verdiyi məlumata görə, məlum yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır. Qəzanı törədən sürücünün izahatı da alınıb. Hadisənin tam dəqiq səbəblərini müəyyən etmək üçün avtotexniki və tibbi ekspertizalar da təyin ediləcək.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












