Nildə iki gəmi toqquşdu, ölənlər var - FOTO

Nil çayında faciə yaşandı. Avtosfer.az xəbər verir ki, çayda iki gəmi toqquşub. Toqquşanlar yek və sərnişin gəmisi olub. Hadisə Misirin paytaxtı Qahirənin şimalında qeydə alınıb. Frans Press-in məlumatına görə, qəza zamanı azı 19 nəfər ölüb. Onlardan ikisinin uşaq olduğu bildirilir. Misir polisi yük gəmisinin kapitanını və onun köməkçisini həbs edib. Ölkənin Daxili İşlər Nazirliyinin "Facebook" səhifəsində hadisə ilə bağlı açıqlama yerləşdirilib. Açıqlamada bildirilir ki, sərnişin gəmisində 25 sərnişin olub. Onların çoxu uşaq idi. Sərnişinlərdən ancaq altı nəfər xilas ola bilib.
Dörd nəfərin axtarışları isə hələ də davam edir. 
Nil çayında qəzadan sonrakı vəziyyət.

Çayda axtarışlar gecəboyu davam edib
Qeyd edək ki, son bir neçə ildə gəmi qəzalarının sayı artıb. Belə ki, hələ bu ayın əvəllərindəFilippində baş vermiş bərə qəzasında ən azı 34 nəfər ölüb və 70 nəfər itkin düşüb. Qəzaya səbəb isə gəmi dönüş edərkən göyərtəyə suyun dolması olub.
İyun ayının 2-də Çinin şərqində Yanszı çayında göyərtəsində 448 nəfər sərnişin olan gəmi batıb. Faciə Çinin Xubey əyalətində meydana gəlib. "Şərqin Ulduzu" adlı çay teploxodu(gəmi) Nankindən Çunsin istiqamətində üzürmüş.
Dekabrda isə Konqo Demokratik Respublikasında Tanqanika gölündə bərə gəmisinin batması nəticəsində 129 nəfər ölüb.
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO










