Oğlu yol qəzasında ölən restoran sahibi danışdı - FOTO

Bakıdakı məşhur restoranlardan birinin sahibinin oğlu paytaxtda baş vermiş yol qəzasında dünyasını dəyişib. Bu barədə kütləvi informasiya vasitələri məlumat yayıblar. Yayılan məlumata görə, “Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğlu iyunun 5-də Mərdəkan şosesində baş vermiş yol qəzasında ölüb. 17 yaşlı Maqsud Zeynalov “Hyundai” markalı “cip”in sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə yerində keçinib.
Hadisə barədə dəqiq məlumat almaq üçün Ruslan Zeynalovla əlaqə saxladıq. Restoran sahibi anspress-ə açıqlamasında oğlunun həqiqətən də qəza zamanı dünyasını dəyişdiyini təsdiqlədi. Onun sözlərinə görə, yazıldığı kimi oğlu sükan arxasında yox, arxa oturacaqda olub. "Maqsudun 17 yaşı vardı. Orta məktəbdə oxuyurdu. Onun heç sürücülük vəsiqəsi də yox idi. O necə maşın sürə bilərdi? Qəzada yalnız Maqsud dünyasını dəyişib", - deyə Ruslan Zeynalov bildirib.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














