“Land Cruiser”i geriyə hərəkət etdirən sürücü piyadanı vurdu – ANBAAN VİDEO

Oğuz rayonunda piyadanın vurulması faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. O qeyd edib ki, piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspertizalar təyin olunub və hazırda faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, sürücü Araz Haşımov idarə etdiyi "Toyota" markalı avtomobillə geriyə doğru hərəkət edərkən 1988-ci il təvəllüdlü X.Tağıyevanı vurub.
14.14
Oğuz rayonunda geriyə doğru hərəkətdə olan avtomobil piyadanı vurub.
"Report"un məlumatına görə, hadisə şəhərin Cavanşir küçəsində baş verib.
Belə ki, geriyə doğru hərəkət edən "Toyota" markalı avtomobil yolu keçmək istəyən iki qadından birini vurub.
Hadisə nəticəsində qadın xəsarət alıb. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində sınıqların olduğu müəyyən olunub.
Hazırda qəzada iştirak edən şəxslərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Həmin hadisənin görüntüləri təqdim edirik:
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












