Oğuzda "TIR" qəzaya düşüb, magistral yol bağlanıb - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Oğuzda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Avtosfer.az-a bildirib ki, bu gün saat 11 radələrində Qazaxıstan vətəndaşının idarə etdiyi yük avtomobili idarəetmədən çıxıb və nəqliyyat vasitəsinin qoşqusu yolun müəyyən hissəsini bağlayıb:
“Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar və avtomobillərin hərəkətində ləngimə olsa da, yol polisi tərəfindən yolun yardımçı hissəsindən də istifadə edilməklə nəqliyyatın axını təmin edilir.
Hazırda yük avtomobilinin həmin ərazidən götürülməsi və nəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması istiqamətində tədbirlər görülür”.
M.Məsimov qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb.
***
Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi "TIR" qəzaya düşüb, magistral yol bağlanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, xarici vətəndaşın idarə etdiyi 254 AFM 05 Qazaxıstan dövlət qeydiyyat nişanlı "TIR" markalı yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə "TIR"ın bir neçə metrlik uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.
Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.
Report
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













