Oğuzda "Toyota" və "VAZ-2106" toqquşdu: 1 ölü, 4 yaralı - FOTO - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, bu gün axşam saatlarında Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “ Toyota” markalı avtomobillər toqquşub. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Oğuzda minik avtomobilləri toqquşub bir nəfər ölüb, üçü bir ailənin üzvü olmaqla 5 nəfər xəsarət alıb.
Hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
1988-ci il təvəllüdlü Zaqatala rayon sakini Rəşid Fərrux oğlu Saadovun idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə Oğuz rayon sakinin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili toqquşub. Qəza zamanı "VAZ-2106"da olan bir sərnişin - Oğuz rayon sakini hadisə yerində ölüb. VAZ markalı avtomobilin sürücüsü isə aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Toyota markalı avtomobilin sürücüsü və onun sərnişinləri - Zaqatala rayonu Yuxarı tala kənd sakinləri olan 1978-ci il təvəllüdlü Hürü İslam qızı Əhmədova, onun övladları 2000-ci il təvəllüdlü Arzu Vaqif qızı Əhmədova və 2005-ci il təvəllüdlü Murad Vaqif oğlu Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır.
Qeyd edək ki, qəzaya düşən Zaqatala rayon sakinləri Bakı şəhərindən Zaqatalaya qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.
***
Oğuzda minik avtomobilləri toqquşub, ölən və yaralananlar var.
Hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
"Toyota" və "VAZ-2106" markalı minik avtomobillərin toqquşması nəticəsində "VAZ 2106"-da olan bir sərnişin hadisə yerində ölüb. Qəza zamanı hər iki avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














