Ölümlə nəticələnən qəza: “VAZ-2106” dirəyə girdi, “Opel” çevrildi - VİDEO

Sükanı buraxan sürücü əks istiqamətdəki avtomobillə toqquşaraq daş hasara çırpılıb.
Avtosfer.az xəbər verir ki, ağır qəza dünən günorta saatlarında Qubada qeydə alınıb. Görüntülərdən bəlli olduğu kimi, “Opel” markalı avtomobil, “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza şahidlərinin məlumatına əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb “VAZ-2106” markalı avtomobilin nəzərdə tutulandan yüksək sürət həddi ilə hərəkət etməsi olub. Belə ki, qəflətən idarəni itirən sürücü öncə əks istiqamətdə irəliləyən “Opel”lə toqquşub, daha sonra yol kənarındakı dirəyə girib. “Opel” aldığı yüksək zərbə ilə üzü üstə çevrilib. Sürücülərdən biri dünyasını dəyişib, digəri xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan DYP əməkdaşları faktla bağlı araşdırma aparıb.
Nərmin
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO











