Onlarla insan yük maşınında boğuldu - FOTO

Avstriyada miqrantların meyiti olan yük maşını aşkarlanıb. Bu gün Avstriyada 50-ə yaxın qeyri-qanuni miqrantların meyiti olan yük maşını tapılıb. Həmin avtomobillə mühacirlər ölkəyə gətirilirib. Məlumata görə, onlarla mühacir avtomobilin qoşqusunda boğulub. Onlar Avstriya ilə Macarıstanı birləşdirən avtomobil yolunda aşkarlanıblar. Avstriya polisi bildirib ki, hadisə Noyzidl və Parndorf yaşayış məntəqələri arasındakı magistral yolda baş verib. Hüquq-mühafizə orqanları onlarla meyitdən söhbət getdiyini vurğulayıb.
Ümumilikdə, 2015-ci ilin başlanğıcından Avropa Birliyi ərazisinə 340 min miqrant gəlib. Ekspertlərin fikrincə, indi Avropa Birliyi ölkələrində müşahidə olunan qeyri-leqal miqrantların vəziyyəti İkinci dünya müharibəsi vaxtlarından köçürülmüş miqrantlardan daha pisdir.
Miqrantlarla analoji hal bu gün ikinci dəfədir ki, təkrarlanır. Belə ki, Liviya sahillərində saxlanılmış gəminin yük bölməsində də 50-dək cəsəd aşkar olunub. Gəminin göyərtəsində olan daha 430 insan İsveç patrul gəmisi tərəfindən xilas edilib. Xilasetmə əməliyyatını Avropa İttifaqının Aralıq Dənizindəki Frontex donanması həyata keçirib. İtaliya rəsmilərinin sözlərinə görə, hazırda Liviya sahillərində miqrantların xilasetməsi üzrə 10-dək əməliyyat aparılır.
Liviya qaçaqmalçıları yaxşı hava şəraitindən faydalanaraq Avropa sahillərinə miqrantlarla dolu gəmilər göndərirlər. Ümumilikdə, Avropaya çatana qədər 2000-dən artıq miqrantın öldüyü bildirilir.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










