Özünü bahalı maşının altına atan kasıb – VİDEO

Avtosfer.az xəbər verir ki, Çində müşahidə kameralarına düşən bir görüntü geniş müzakirə obyektinə çevrilib. Yolun ortasında telefonla oynayan bir gənc özünü qəsdən avtomobilə çırpsa da, polisə sürücü yox, elə o özü aparılıb.
Əslində fırıldaqçılığın bu növü çində son vaxtlar geniş yayılıb. Sağ qalmaq şərtilə özlərini hərəkətdə olan avtomobillərə çırpan sakinlər, həmin sürücüdən pul tələb edirlər. Bu dəfəki qəza isə lap hollivud səhnələrini xatırladıb. Avtomobil o qədər sürətlə hərəkət etməsə də, gənc bir tərəfə, telefonu isə başqa bir tərəfə uçub.
Bununla belə, hadisəyə şahid olan hər kəs maşınla vurulan çinlinin fırıldağını anlayıb. Onlar yerdə uzanıb özünü yaralı kimi göstərməyə çalışan şəxsi kənara çəkmək istəsələr də, o inadla yerində qalmağa çalışıb. Uzun müddət oturduğu yerdən qalxmayan çinli heç kəsin ona məhəl qoymadığını görəndə kor-peşman ərazini tərk etməyə qərar verib.
Süni qəza törətməklə müxtəlif dərəcəli bədən xəsarətləri alan çinli necə deyərlər "əli aşından da olub, vəli aşından da. Telefonu yararsız hala düşən, müxtəlif xəsarətlər alan, üstəgəl sürücüdən bir qəpik də qopara bilməyən fırıldaqçı, indi polislərə ifadə verməlidir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












