Paytaxtda avtomobil yeniyetməni vurub
Qəzalar
5 Mart 2022 12:14
Oxunub 884

Bakıda avtomobil 14 yaşlı yeniyetməni vurub.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Həsən Əliyev küçəsində 2008-ci il təvəllüdlü Cəfərov Mühəmməd Etibar oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Muayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
"Report"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













