Piyada maşın yoluna çıxdı, maşın piyada keçidinə girdi

Avtosfer.az xəbər verir ki, Bakıda sürücü piyadanı vurmamaq üçün qəza törədib. Hadisə Səbail rayonun “Azneft” dairəsindən üzü Bayraq meydanı istiqamətində gedən yolda baş verib. Hadisə zamanı Aslan Nəsibov həmin istiqamətdə “Mercedes” markalı maşınla hərəkətda olan zaman qəfildən onun qarşısına yolu keçmək istəyən piyada çıxıb. Sürücü piyadaya xəsarət yetirməmək üçün avtomobili sağa çəkib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yeraltı piyada keçidinin divarına çırpılıb.
Qeyd edək ki, hadisə baş verən yerdə piyadaların yolu təhlükəsiz keçməsi üçün yeraltı keçidi inşa edilib. Amma qəzaya səbəb olan piyadanın həmin keçiddən istifadə etməməsi hadisənin baş verməsinə şərait yaradıb.
Qəza ilə bağlı Səbail Rayon Dövlət Yol Polis şöbəsində araşdırma başlanılıb. Qəzanın baş vermə səbəbləri bu araşdırmalardan sonra məlum olacaq.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












