Piyadanı vurub öldürdü, qaçarkən hava limanında tutuldu – İş prokurora qaytarıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə avtomobillə piyadanı vuraraq öldürüb hadisə yerindən qaçmaqda təqsirləndirilən Vicay İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi vəsatət qaldırıb.
O, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin prokurora qaytarılmasını istəyib. Vəsatəti təmin edilib. Qeyd edilib ki, Vicay İbrahimovun hərəkətlərində daha ağır cinayətin əlamətləri mövcud olduğundan cinayət işinin baxılmasına xitam verilib və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna qaytarılıb. Vicay İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay müddətinə, yəni 26 oktyabr 2023-cü il tarixədək uzadılıb.
Qeyd: 2022-ci il noyabrın 17-si saat 9 radələrində rayonun Çaylı kəndi ərazisində rayon sakini Yalçın Məmmədovun baş və ayaq nahiyəsində xəsarətlər olan meyitinin tapılması barədə polisə məlumat daxil olub. Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun “VAZ-2016” markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq RPŞ-yə gətirilib.
Pravda.az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












