Piyadanı vurub qaçdı

Bakının Sabunçu rayonunda piydanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.
1969-cu il təvəllüdlü Əhmədov Vasif Nazim oğlu axşam saatlarında yolu keçmək istəyərkən markası və qeydiyyat nişanı dəqiqləşdirilməyən avtomobillə vurulub.
Naməlum sürücü hadisə yerindən qaçıb. 46 yaşlı Vasif Əhmədov 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı xəstəxanaya daxil olarkən ona qarının küt travması diaqnozu təyin edilib.
Ailə üzvlərinin bildirdiyinə görə, Vasif Əhmədov xəstəxanaya gətirilən zaman onun huşu özündə olub. Ancaq cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Bundan sonra mərhumun yaxınları xəstəxanaya hücum edərək, əməliyyatxananın şüşəsini sındırıblar. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda piyadanın ölümünə səbəb olan sürücünün axtarışları davam etdirilir.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










