Poliklinika müdiri qəzada öldü

İmişlidə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, İmişli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumat görə, İmişlidə rayon sakini, 1947-ci il təvəllüdlü Şirinov Mübariz Əzizulla oğlu idarə etdiyi «QAZ 3110» markalı, 10 OK 328 dövlət nömrə nişanlı avtomobillə rayon sakini Məmmədov Hüseyn Fərman oğlunun idarə etdiyi “Mercedes-Benz Vito” markalı 20 CV 379 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə «QAZ 3110» markalı avtomobilin sürücüsü qara ciyərin əzilməsi və daxili qanaxma diaqnozu ilə İmişli rayon xəstəxanasında əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən M. Şirinov bu gün günorta saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, M.Şirinov İmişli rayon xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












