Polis körpüdən aşaraq öldü

Bu gün Şabran rayon Polis Şöbəsinin əməkdaşı yol qəzasında həlak olub. Avtosfer.az xəbər verir ki, bu barədə Şabran rayon Prokurorluğundan məlumat verilib, hadisə Bakı-Quba yolunun 110 km-də Taxtakörpü adlı ərazidə baş verib. Belə ki, Şabran RPŞ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşı olan Teymur Kərimov “Hunday Sonata” markalı 90-NG-558 dövlət nömrə nişanlı avtomobilini körpüdən aşırıb.
İlkin ehtimallara görə, polis əməkdaşı işə gələn zaman idarəetməni itirərək yolun kənarına çıxıb və avtomobil körpüdən aşağı düşüb.
Şabran rayon Prokurorluğunun müstəntiqi Əhmədağa Məmmədovun sözlərinə görə, hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Dünyasını dəyişən Teymur Kərimov 1991-ci ildə Zəngilan rayonunda düyaya gəlib. Subaydır. Şabran RPŞ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşı olub. İşə gələn zaman Bakı-Quba yolunun 110 km-də qəza törədib. Yolun kənarına çıxaraq körpüdən aşıb. Polis yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












