Polis yol kənarındakı adamı vurub atdı - VİDEO

ABŞ-da polisin vətəndaşa zorakılıq etməsi ilə bağlı yeni qalmaqal yaşanır. Patrul avtomobilində olan polis zabiti yol kənarı ilə gedən vətəndaşı maşını ilə vuraraq kənara atıb.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Arizona ştatında, Tukson şəhərindən şimal-qərbdəki Marana şəhərciyində baş verib. Polis zabiti Maykl Rapiejko yolun kənarı ilə gedən Mario Valensiyanı maşını ilə vurub. Baş verənlər Rapiejkonun maşınındakı videoregistratorla çəkilib. Maykl Rapiejko həmin gün şəhərin həndəvərindəki küçələrindən birində patrul idi. Bu zaman polis mərkəzindən maşına xəbər gəlir: "Qarşıdakı küçələrdən birində silahlı şəxs var. O, pnevmatik tüfənglə silahlanıb. Həmin şəxs ətrafdakıları hədələyir, intihar edəcəyini deyir". Həmin şəxsin tüfəngi Walmart marketindən oğurladığı da vurğulanıb.
M.Rapiejko maşındakı radiostansiyadan bu xəbəri alanda şübhəli şəxsin olduğu deyilən küçəyə yönəlir. O, yol kənarında, hasarın qarşısında əlində pnevmatik tüfəng tutmuş adamı görür.
Ətrafdakı sakinlərin təhlükəsizliyini təmin etmək və silahlı şəxsi zərərsizləşdirmək qərarına gələn M.Rapiejko maşını irəli sürür.
Bu zaman polis mərkəzindən yeni xəbərdarlıq gəlir: "Zabit Rapiejko! İrəliləməyin! Əlavə patrul maşınları gəlir! Şübhəli şəxs silahlıdır və aqressivdir!"
Xəbərdarlığa rəğmən M.Rapiejko qaza basır və maşın irəli atılır. Mario Valensiaya çatanda polis maşını vurub onu kənara atır, tüfəng bu adamın əlindən düşür.
KOLD TV bildirir ki, maşını saxlayan M.Rapiejko avtomobildən düşərək M.Valensiyaya yaxınlaşıb. Bu zaman olay yerinə digər polislər də gəliblər.
Travmalar almış M.Valensiya Arizona Universitetinin hospiatalına aparılıb. Onun vəziyyəti ağır idi. Arizona ştatının polis departamenti olayı araşdırıb və M.Rapiejkonun dürüst davrandığı barədə açıqlama verib. "Zabit Rapiejko şübhəli şəxsi maşını ilə vuraraq yıxmaqla ətrafdakı insanları baş verə biləcək daha ağır cinayətlərdən qurtarıb. Bundan başqa, Mario Valensiyanın zərərsizləşdirilməsi zamanı atışma da istisna edilmədiyindən M.Rapiejkonun faktiki olaraq bu şəxsin həyatını xilas etdiyini deyə bilərik", - polisin açıqlamasında deyilir.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO


















