Polislərimiz yol qəzasına düşdülər: biri həlak oldu

Goranboyda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qarqucaq kəndi ərazisində qeydə alınıb.
Naftalan Rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Nəsimi Şakir oğlu Kərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb.
Nəticədə maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Cahid Nazim oğlu Tağıyev ölüb, sürücü və digər sərnişin, 1987-ci il təvəllüdlü Seymur Dilqəm oğlu Abbasov isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, qəzada ölən və yaralananlar Naftalan Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










