“Prius” avtobusu vuraraq yoldan çıxardı - Sərnişinlərin halı pisləşdi - VİDEO

İdarəetməni itirən sürücü öndə gedən avtobusa dəyərək qəza yaradıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılmış qəza hadisəsi Xırdalan ərazisində qeydə alınıb. Həvəskar çəkilişdən də bəlli olduğu kimi, “Toyota Prius” markalı avtomobil, 20-EO-945 dövlət nömrə nişanlı, “Isuzu” markalı avtobusla toqquşub. Hadisə şahidlərinin məlumatına əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb “Prius”sürücüsünün sükan çənbərini döndərə bilməməsi nəticəsində çaşaraq tormoz əvəzinə qaza basması olub. Nəticədə o, öndə gedən avtobusu yolundan çıxarıb və kənardakı otluğa çıxmasına səbəb olub. Minik vasitəsinin altına girən “Prius”un ön hissəsi tamamilə yararsız hala düşüb. Xəsarət alan olmasa da, avtobusdakı sərnişinlərdən bəzilərinin vəziyyəti pisləşib.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzayla bağlı araşdırma aparıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












