Prospektdə qəza: Yüksək sürətə tab gətirməyən yük maşını aşdı - VİDEO

Yüksək sürətlə hərəkət edən yük maşını ağırlığa dözməyərək aşıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılmış qəza hadisəsi 5 iyun tarixində, paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Həvəskar sürücülərin lentə aldığı görüntülərdən də aydın olduğu kimi 99-SB-359 dövlət nömrə nişanlı, “Ford Transit” markalı maşın yolun ortasında böyrü üstə aşıb. Nəticədə yük maşınının sol hissəsi yararsız vəziyyətə düşüb, sürücü isə xəsarət almadan işin içindən çıxmağı bacarıb. Hadisə şahidlərinin məlumatına görə qəzaya səbəb həddindən artıq yüklə doldurulmuş nəqliyyat vasitəsinin yüksək sürətlə hərəkət etməsi olub.
Qeyd edək ki, hadisə yerinə gələn DYP əməkdaşları qəzayla bağlı araşdırma aparıb. Həmçinin cəlb olunan evakuator xidməti nəqliyyat vasitəsini ərazidən götürərək yolun hərəkətini qaydaya salıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












