Qaradağda ağır qəza : Ürəyi tutan sürücü avtomobili daş hasara çırpdı - VİDEO

Sükan arxasında ürəyi tutan sürücü idarəetməni itirərək avtomobili daş hasara çırpıb.
Avtosfer.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi dünən saat 10 radələrində, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb. Görüntülərdən məlum olduğu kimi, 10-GM-756 dövlət nömrə nişanlı, “QAZ 3110” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yolun sağ kənarındakı daş hasara vurub. Hadisə şahidlərinin məlumatına əsasən, ağır yol-nəqliyyat hasisəsinin baş verməsinə səbəb sürücünün qəfil ürək tutması olub. Şok vəziyyətinə düşərək dili qatlanan sürücüyə tibbi müdaxilə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, araşdırma zamanı kimliyi müəyyən olunan 1975-ci il təvəllüdlü, Sabirabad rayonu, Qaratoğay kəndinin sakini Mürsəlov Qalib Bibiqulu oğlu işiylə əlaqədar Qazax rayonu istiqamətində avtomobilini idarə edib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












