Qarlı Bakıda baş verən qəzaların sayı AÇIQLANDI - FOTO - VİDEO

Qarlı hava şəraitində Bakıda 35 yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, qəzaların heç birində xəsarət olmayıb, yüngül maddi ziyanla qeydə alınan hadisələr olub.
Polis mayorunun sözlərinə görə yollarda piyadaların təhlükəsizliyi və avtomobillərin fasiləsiz hərəkəti üçün zəruri tədbirlər görülür.
“Paytaxtın bütün istiqamətlərində - Nizami, Nəsimi, Səbail rayonları ərazisində, xüsusilə yol kəsişmələrində DYP əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Hava şəraitinin pisləşəcəyi ilə bağlı tərəfimizdən hərəkət iştirakçılarına müraciətlərimiz olub.
Hazırda paytaxtın mərkəzi rayonlarında hərəkət tam bərpa olunub. Çətinlik müşahidə edilən müəyyən küçə və prospektlərə isə DYP əməkdaşları cəlb olunub, hərəkətin tənzimlənməsi üçün tədbirlər görülür”, - deyə A.Əsgərli qeyd edib.
Qubadakı ağır qəzada ölən və yaralananların ADLARI - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO
Yağışlı havada daha bir DƏHŞƏTLİ QƏZA - VİDEO
Mərdəkan şossesində AĞIR QƏZA: Sıxlıq yarandı - FOTO
Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın ÖLDÜ
Bakıda bir neçə avtomobil toqquşdu - VİDEO
Sürücünün halı pisləşdi: Avtobus ağaca çırpıldı - VİDEO
Ağır QƏZA: Piyadanı vurub ÖLDÜRDÜ
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - VİDEO

















