Qarlı yolda 10-a yaxın avtomobil qəzaya düşdü: YARALILAR VAR - FOTO
Qəzalar
20 Yanvar 2022 13:57

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu ərazilərə yağan güclü qar, həmçinin duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb.
Onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyirlər.
Şamaxı şəhəri ərazisində "NİVA" və "Mercedes Vita" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yolların qardan təmizlənməsi işləri görülsə də, qar yağmaqda davam edir, nəqliyyatın hərəkəti yenidən çətinləşir.



Oxunub : 1792
DİGƏR XƏBƏRLƏR
5 Oktyabr 2026 21:17
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
5 Oktyabr 2026 17:30
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
5 Oktyabr 2026 16:41
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
5 Oktyabr 2026 16:23
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
5 Oktyabr 2026 10:36
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
5 Oktyabr 2026 10:18
Sumqayıtda AĞIR QƏZA: Ölən var
4 Oktyabr 2026 23:32
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
4 Oktyabr 2026 09:40
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
2 Oktyabr 2026 19:24
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
2 Oktyabr 2026 13:00
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
2 Oktyabr 2026 10:06
Beyləqanda ağır qəza - ÖLƏN VAR
1 Oktyabr 2026 17:30
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
ŞƏRH YAZ











