Qaxda minik avtomobili və mikroavtobus toqquşub - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza dünən axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun, Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala rayon sakini, 1998-ci il təvəllüdlü Əliyev Zahid Davud oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobillə, Şəki rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Qasımzadənin sükanı arxasında olduğu “Mercedes” markalı yük avtomobili toqquşub.
Qəzadan sonra ağaca və yol nişanına çırpılan “VAZ” markalı avtomobil yol kənarına aşaraq yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Avtomobil yanaraq yararsız vəziyyətə düşüb.
Qəza zamanı yük avtomobilinin sürücüsü və sərnişini xəsarət almasa da, “VAZ”ın sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yüngül olduğu üçün ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. (“Report”)








Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












