Qayda pozuntusu motosikletçiləri yerlə bir etdi - VİDEO

Qayda pozan avtomobil və ondan geri qalmayan moped sürücüsü qəzaya səbəb oldu.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə maraqla qarşılanan qəza paytaxtın mərkəzi küçələrindən birində baş verib. Motosiklet sürücüsünün videosuna düşən görüntülərdən də aydın olduğu kimi yüksək sürətlə hərəkət edən motosikletlər qəza qurbanına çevriliblər. Belə ki, önə keçmək avtomobil sürücüsü yandakı motosikleti gözardı edərək sağ istiqamətə manevr edib. Bu zaman zolaqdan zolağa keçərək gələn motosiklet sürücüsü avtomobilin törətdiyi qayda pozuntusunu təkrarlayaraq qəza yaradıb. Belə ki, öndəki nəqliyyat vasitələrinin arasına girmək istəyən moped sürücüsü idarəetməni itirərək sağdakı motosikleti də üzərinə aşırıb. Maraqlı məqam isə yerə yıxılan motosikletçilərdən biri - qəzaya səbəb olan sürücünün ayağa qalxaraq avtomobilin arxasınca qaçması olub.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












