Banner

Azərbaycanda ağır qəza: Ölənlər arasında azyaşlılar var - FOTO

Qəzalar 18 Noyabr 2026 20:35
Azərbaycanda ağır qəza: Ölənlər arasında azyaşlılar var  - FOTO
WhatsApp kanalımıza abunə olun

Qazaxda baş verən avtomobil qəzasında üç nəfər ölüb, iki nəfər xəsarət alıb.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, Yuxarı Salahlı-Kəmərli avtomobil yolunda "Opel" və "Tofaş" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Sənan Dərgahquliyev, onun azyaşlı oğlu və azyaşlı bacısı oğlu həlak olub.

Daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var. Qəzada ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var - FOTO

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh