Banner

Krasnodarda iki neft emalı zavodu VURULDU

Xəbərlər 18 Noyabr 2026 20:04
Krasnodarda iki neft emalı zavodu VURULDU
WhatsApp kanalımıza abunə olun

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində, Krasnodar diyarında yerləşən İlski və Afipski neft emalı zavodlarının (NEZ) vurulduğunu açıqlayıb.

Avtosfer.az xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, İlski NEZ-də yanacaq saxlama çənləri, Afipski NEZ-də isə neft emalı qurğusu zədələnib.

Məlumatda bildirilir ki, hər iki müəssisənin ümumi illik neft emalı gücü təxminən 13 milyon ton təşkil edir.

Krasnodar diyarının əməliyyat qərargahı isə noyabrın 18-nə keçən gecə Severski rayonunda pilotsuz uçuş aparatlarının hücumundan sonra iki müəssisədə yanğın baş verdiyini açıqlayıb.

Yerli hakimiyyət orqanları həmin müəssisələrin adlarını açıqlamayıb.

Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilib.

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh