Banner

Yolun təmiri niyə bəzən uzun çəkir? - VİDEO

Xəbərlər 18 Noyabr 2026 19:04
Yolun təmiri niyə bəzən uzun çəkir?  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Yol təmiri başlayanda sürücüləri və sakinləri ən çox maraqlandıran suallardan biri işlərin nə vaxt yekunlaşacağıdır. Bəs təmir müddəti nədən asılıdır və niyə bəzən gözləniləndən daha uzun çəkir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "Yolun Düzü" rubrikasının növbəti buraxılışında bu suallara aydınlıq gətirib.

Bildirilib ki, yol təmiri yalnız köhnə asfalt örtüyünün yenisi ilə əvəzlənməsindən ibarət deyil. Bəzi hallarda yolun alt qatlarının bərpası, drenaj sistemlərinin qurulması və digər texniki işlərin aparılması tələb olunur. Təmir müddətinə yolun mövcud vəziyyəti, yeraltı kommunikasiya xətləri, ərazinin relyefi və nəqliyyatın hərəkət intensivliyi də təsir göstərir.

Bəs bütün bu proseslər necə həyata keçirilir və təmirin müddətini müəyyən edən əsas amillər hansılardır?

Ətraflı "Yolun Düzü" rubrikasının növbəti videoburaxılışında:

YouTubehttps://www.youtube.com/watch?v=hypTr00xHX8

 

 

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh