Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəzalar 19 İyul 2021 15:05
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə olun

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Qəbələ rayonu ərazisində Ağcabədi rayon sakini A. Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini Sədiyar Vəliyevi vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Oxunub : 1402
ŞƏRH YAZ
Ad

E-mail

Şərh