Qəbələdə iki avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 16 radələrində Qəbələ şəhəri ərazisində “VAZ-21011” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər rayon sakini - 1992-ci il təvəllüdlü Fariz Qasımzadə, 1984-cü il təvəllüdlü Niyaməddin Şərifov, 2005-ci il təvəllüdlü Kənan Mahmudov, 2004-cü il təvəllüdlü Fuad Mahmudov və bir yetkinlik yaşına çatmayan şəxs xəsarət alıblar.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Qəbələdə iki avtomobil toqquşub.
İlkin məlumatlara əsasən hadisə nəticəsində "VAZ-21011" markalı avtomobil "VAZ-2106" ilə toqquşub. Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək. (apa)
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ











