Qəddafinin gəlini maşınını insanların üzərinə sürdü - 1 ölü, 4 yaralı - FOTO

Liviyanın keçmiş lideri Muammar Qəddafinin Suriyada yaşayan gəlini Aline Skaf yenidən gündəmə gəlib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Şam şəhərində polis əməkdaşları ilə dava edib. Buna səbəb Alinenin parklamada ödəniş etməkdən boyun qaçırması olub. O, əvvəlcə qəbzi gətirən nəzarətçini təhqir edib, daha sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanları ilə mübahisə edib.
Hadisə zamanı ətrafa xeyli sayda vətəndaş toplaşıb. A. Skaf daha sonra maşınını polis əməkdaşları və vətəndaşların üzərinə sürüb, nəticədə 5 nəfəri yaralayıb. Daha sonra Ruba Ammar adlı tələbənin öldüyü açıqlanıb.
Alice polis tərəfindən saxlanılsa da, daha sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Skaf Qəddafinin beşinci oğlu Hanibal Qəddafinin oğlu ilə evlidir. Onlar 2011-ci ildə Suriyadan sığınacaq alıb. Lakin Hannibal 2015-ci ildə qaçırılaraq Liviyada həbs olunub.
Alinenin adı daha əvvəllər də bu cür insidentlərdə hallanıb. Belə ki, onun 2011-ci ildə uşağına baxan dayənin üzərinə qaynar su tökdüyü, 2015-ci ildə isə evlərində xidmət edən türk ofisiantı bıçaqladığı barədə məlumatlar yayılmışdı.


Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO










