Qəza törədən dələduz sürücü ifşalandı - VİDEO

Qəza törədən sürücü vurduğu ziyanı ödəməkdən boyun qaçıraraq dələduzluğa əl atıb.
Avtosfer.az xəbər verir ki, hadisə 16 iyul tarixində Sumqayıt “Qayalı” marketin qarşısında qeydə alınıb. Şikayətçinin sözlərinə görə, 90-LL-828 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qoşa xəttə məhəl qoymayaraq piyada xətti üzərindən ötmə edib və onun maşınının sol qanadını zədələyib.
Səbəb olduğu qəzanın xərcini qarşılamaq məqsədilə zərərçəkmişə əlaqə nömrəsi verən sürücü tələsdiyini söyləyərək hadisə yerini tərk edib. Lakin bir müddət sonra verilən nömrəylə əlaqə saxlayan zərərçəkmiş onun qəza səbəbkarına aid olmadığını öyrənib.
Son anda hadisənin görüntüsünü sosial şəbəkələrdə paylaşan şəxs başına gəlmiş olayla bağlı aidiyyəti qurumlardan yardım istəyib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












