Qəza törədərək öz həyatıyla oynadı, 3 avtomobili yararsız hala saldı - VİDEO

Yüksək sürətlə idarəetməni itirən sürücü 3 avtomobilin sıradan çıxmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, zəncirvari qəza iyunun 27-də günorta saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb. Görüntülərdən bəlli olduğu kimi, “Mercedes” markalı yük maşını “Bakubus” MMC-yə məxsus “77-JA-683” dövlət qeydiyyat nişanlı avtobusla, o isə “90-OM-379” dövlət nömrə nişanlı, “Opel” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin məlumatına əsasən, qəza “Mercedes” markalı yük maşınının yüksək sürətlə avtobusun yoluna çıxması nəticəsində baş verib. Nəticədə “Bakubus”a dəyən yük maşınının ön hissəsi tamamilə sıradan çıxıb. Avtobus isə aldığı zərbə ilə öndəki “Opel”lə toqquşaraq avtomobilin sağ tərəfini yararsız hala salıb. Qəza səbəbkarı aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər nəqliyyat vasitələrində isə yaralanan olmayıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












