Qəzada maşın kağız kimi əzildi - VİDEO

Avtosfer.az xəbər verir ki, bu görüntülər Fransada keçirilən sürət yarışında lentə alınıb. Tez-tez qəzaların baş verdiyi yarışa, fransalı pilot Yoan Drumen və köməkçisi Qabriel Dürandın nəzarətində olan avtomobilin ağaclara çırpılaraq tanınmaz hala düşməsi möhür vurub. Dəhşətli qəzada tamaşaçılar faciəvi şəkildə ölməkdən son anda xilas olub.
Ümumiyyətlə əlverişsiz yollarda keçirilən Rond del La Dürans rallisi üçün avtomobil qəzaları o qədər də yad anlayış deyil. Sürücülərin enişli-yoxuşlu torpaq yalda yüksək sürətlə idarə etdiyi maşınlar ən yaxşı halda sürücünün nəzarətindən çıxdıqdan sonra yol kənarına aşır. Bu dəfə isə vəziyyət fərqli olub. Nəzarətdən çıxan avtomobil birbaşa tamaşaçıların üstünə istiqamətlənib. Bu vaxt yol kənarındakı iri ağac faciənin qarşısını alıb. Ağacla toqquşan avtomobil zərbənin şiddətindən havaya uçaraq yolun əks istiqamətdindəki başqa bir ağaca çırpılıb.
Qəzadan sonra tamaşaçılar avtomobildə əzilən sürücülərin köməyinə qaçıb. Bunununla belə, sürücü və köməkçisinin qəzadan ciddi xəsarət almadan sağ çıxması diqqət çəkib.
Amma bu qəza sürücülərin gözünü də qorxutmayıb. Bu cür qəzaları adi hal kimi qarşıladıqlarını deyən pilotlar yarışlara qaldıqları yerdən davam edəcəklərini deyiblər.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












