Qisas alan sürücü “Kamaz” tərəfindən baxın necə susduruldu - VİDEO

Avtomobilini təhlükəli vəziyyətdə idarə edən sürücü qisas hissinin qurbanı olub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanan yol-nəqliyyat hadisəsi Rusiyanın Ryazan əyalətində qeydə alınıb. Videoya düşən kadrlardan da göründüyü kimi, digər zolaqda hərəkət edən avtomobilin sürücüsü maşınının qapısını açaraq ayağı ilə saxlamağa cəhd edib və eyni anda maşınını idarə etməyə çalışıb. İlk baxışda sürücünün bu davranışa əl atmasının səbəbi məlum olmasa da, sonradan müəyyənləşib. Belə ki, sürücü onunla yolu bölüşən “Kamaz” markalı yük maşınından qisas almaq məqsədilə bu əmələ baş vurub. O, avtomobilini qapısı açıq şəkildə idarə edərək “Kamaz”ın hərəkətini məhdudlaşdırmaq istəsə də, məqsədinə çata bilməyib və özünü qəza qurbanına çevirib. Sürətini artıran “Kamaz” avtomobilin arxa hissəsini vuraraq onu yararsız vəziyyətə salıb. Nəticədə digər zolağa keçən avtomobilin sürücüsü ayağını maşınının qapısından geri çəkərək yoluna davam edib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












