Qobustanda DƏHŞƏTLİ QƏZA - Ölən və xəsarət alanlar var - YENİLƏNİB

Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan yeddi nəfər (altı kişi, bir qadın) Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər ambulator müalicə üçün evə buraxılıb, iki nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmət almaqdan imtina edib. Daha ixtisaslı tibbi xidmət almaq üçün bir nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, bir nəfər Sabunçu Tibb Mərkəzinə, bir nəfər isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasına kritik ağır vəziyyətdə yerləşdirilən bir nəfərin (kişi) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 21:30-da bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib./oxu.az
***10:00
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev Məscidinin yaxınlığında qeydə alınıb.
Belə ki, 61 yaşlı Zakir Ağaqasım oğlu Ağayevin idarə etdiyi 90-UX-940 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobil 99-KB-416 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı minik maşını toqquşub. Nəticədə Z.Ağayev hadisə yerində həyatını itirib.
Hadisə zamanı daha bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanalara çatdırılıblar.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO
Gəncədə avtomobil evin hasarına çırpılıb - FOTO
Balaxanı yolunda zəncirvari qəza: 6 maşın toqquşdu - VİDEO
Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı - VİDEO
İsmayıllıda qeyri-adi qəza: Gənc oğlan maşına çırpıldı - ANBAAN VİDEO
Şəhid anası faciəvi şəkildə öldü - FOTO
Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? - TƏFƏRRÜAT
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var












