Qobustanda "Hyundai" yoldan çıxıb aşdı; sürücünün anası ÖLDÜ; 2 YARALI VAR - FOTO

Bu gün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində “Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, avtomobildə olan sərnişinlərdən biri - 1971 təvəllüd Mahmudova Ramidə ölüb. Həmçinin sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb. Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən şəxs sürücünün anasıdır.
Ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Avtosfer.az-a bildirib ki, ilkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücü diqqətsizliyi olub. DYP sürücülərdən bir daha yollardakı sürət həddinə əməl etməyi, özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamağı tələb edir.

Göyçayda avtobusla maşın toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu - VİDEO
Bakıda polkovnik maşınla qadını vurub ÖLDÜRDÜ
Bakıda klinikanın qarşısında ağır qəza: Hadisənin anbaan görüntüsü - VİDEO
Gəncədə avtomobil evin hasarına çırpılıb - FOTO
Balaxanı yolunda zəncirvari qəza: 6 maşın toqquşdu - VİDEO
Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı - VİDEO
İsmayıllıda qeyri-adi qəza: Gənc oğlan maşına çırpıldı - ANBAAN VİDEO
Şəhid anası faciəvi şəkildə öldü - FOTO
Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? - TƏFƏRRÜAT
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var












