Qorxunc qəza: 5 nəfər xəsarət aldı, onların üçü qaçdı - VİDEO

Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, ötən gecə Tovuz rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Qazaxdan Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığına məhəl qoymadan yolu keçməyə cəhd edib. Bu zaman "VAZ 2106" markalı minik maşını ilə toqquşub. Daha sonra idarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Hadisə şahidlərinin dediyinə görə, qəza baş verən vaxt avtomobildə 5 nəfər olub. Tovuz Rayon Mərkəzi Xəstəxanasına isə iki nəfər yaralı aparılıb. Onlar Əlimərdanlı kənd sakinləri 25 yaşlı Elvin Nəsirov və 22 yaşlı İlqar Məmmədovdur. Digər üç nəfər yaralı isə hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












