Qorxunc qəza: Ölənlərin əzilmiş cəsədi sükan arxasından güclə çıxarıldı - VİDEO

Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində dəhşət doğuran qəza baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, yol-nəqliyyat hadisəsi dünən gecə saat 02-03 radələrində qeydə alınıb. Görüntülərdən aydın olduğu kimi, “Ford Transit” markalı avtomobil, 02-BP-402 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəzanın baş verməsinə səbəb “Ford” markalı yük maşınının sürət həddini aşması olub. Nəticədə qarşı tərəfdə hərəkət edən daşla dolu “KamAZ”a çırpılan yük maşınının sürücüsü və sərnişini hadisə yerindəcə keçinib. Onların sükan arxasında sıxışmış cəsədləri FHN əməkdaşları tərəfindən çıxarılıb. Həmçinin “Ford”da olan yeşiklərlə dolu meyvələr yola səpələnərək nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. “KamAZ” sürücüsü isə xəsarət almayıb.
Qeyd edək ki, həyatını itirən sürücü Balakən rayon sakini 21 yaşlı Anar Qarayevdir.
Nərmin
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO










