Qorxunc qəza: Sürücünün əzilmiş cəsədi güclə çıxarıldı, dostu tanınmaz hala düşdü - VİDEO

Ötmə əməliyyatı edən sürücü qarşı yola çıxaraq ağır yol-nəqliyyat hadisəsi törədib.
Avtosfer.az xəbər verir ki, dəhşət doğuran qəza bugün saat 07:15 radələrində Binəqədi-Xocahəsən yolunda qeydə alınıb.
Görüntülərdən aydın olduğu kimi, “49-BX-096” dövlət nömrə nişanlı, “Ford Transit” markalı yük maşını “Volkswagen Caddy” markalı minik vasitəsiylə toqquşub.
Hadisə şahidlərinin iddiasına əsasən, qəzanın baş verməsinə səbəb “Ford” markalı yük maşınının qəfil manevrlə “Volkswagen”nin yoluna çıxması olub.
Nəticədə, “Ford”a çırpılan “Volkswagen” tamamilə tanınmaz hala düşərək dərəyə aşıb. Əzik-əzik olan avtomobilin sürücüsü hadisə yerindəcə keçinib, həmçinin avtomobilin sahibi - sürücünün yanında əyləşən dostu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. “Ford”un sürücüsü isə orta dərəcəli yaralanıb.
Qeyd edək ki, baş vermiş qəzayla bağlı araşdırma davam edir.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












