Quba - Xaçmaz yolunda dəhşətli qəza: Ölən və yaralananlar var - VİDEO

Xaçmaz rayonunda zəncirvari qəza olub, iki nəfər ölüb.
Oxu.Az xəbər verir ki, hadisə Xaçmaz - Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “BMW” və “Toyota Prado” markalı minik avtomobilləri ilə “KamAZ” markalı yük maşını hərəkətdə olan zaman toqquşub.
Nəticədə “Toyota Prado” markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov hadisə yerində ölüb.
Xəsarət alan “BMW” markalı avtomobilin sürücüsü, Quba rayon Barlı kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Zaur Quliyev və Cəlil Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Şirvanda qəza: “Mercedes”lə toqquşan “VAZ” aşdı - VİDEO
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza: Tıxacın uzunluğu Dərnəgülə çatır - VİDEO
Sərxoş və vəsiqəsiz sürücü qəzaya səbəb oldu: 4 yaralı, 8 800 manat cərimə
ANAMA-nın əməkdaşı yol qəzasında öldü - FOTO
Füzulidə AĞIR QƏZA: Avtomobil ağaca çırpıldı, sürücü ÖLDÜ
Xaçmazda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Bakıda sürücü motosikleti vurub aşırdı; kuryer asfalta yıxıldı - ANBAAN VİDEO
Bakıda avtomobil aşdı - FOTO - VİDEO
Ziya Bünyadovda qəza: 6 maşın bir-birinə girdi - VİDEO
"Toyota Prius" "Ford Fusion"u vurub qaçdı - VİDEO










