Quba yolunda ağır qəza: iki qardaş ölüb, 3 yaralı – FOTO+VİDEO

Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun rayonunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mitsubishi Pajero” markalı maşının yoldan çıxaraq ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 1954-cü il təvəllüdlü Bakı şəhər sakini Əzizov Nurməmməd Rza oğlunun idarə etdiyi 90 GD 643 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı maşınının yoldan çıxaraq ağaca çırpılması nəticəsində sürücü və onun qardaşı Quba rayonu, Afurca kənd sakini 1952-ci il təvəllüdlü Əzizov Əziz Rza oğlu dünyasını dəyişib. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1993-cü il təvəllüdlü Şükürova Sevinc Ədalət qızı, 2003-cü il təvəllüdlü Şükürov Asim Ədalət oğlu və 2004-cü il təvəllüdlü Əzizova Xədicə Ayəddin qızıdır. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
















