Quba yolunda dəhşətli qəza: ölən var - VİDEO

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 79-cu km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA TV-yə istinadən məlumatına görə, Xaçmaz rayon sakini, 1969-cu il təvəllüdlü Əhmədov Şakir Həsənbala oğlunun idarə etdiyi 27 BF 641 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını ilə Quba rayon sakini, 1962-ci il təvəllüdlü Məmmədov Ceyhun Cabir oğlunun idarə etdiyi 90 ER 445 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını toqquşub.
Yüksək sürətlə hərəkət edən “Mercedes” arxadan yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”in sərnişinlərindən Quba rayon sakini, 1957-ci il təvəllüdlü Minyətova Solmaz Süleyman qızı ölüb, 1993-cü il təvəllüdlü həmyerlisi Mehdiyeva Naibə Hüseynağa qızı isə xəsarət alıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət başlanıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












