Qubada "07" yük maşınına çırpılıb, iki nəfərin vəziyyəti ağırdır - FOTO

Quba rayonunun Rustov kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 04.07.2026-cı il tarixində saat 22:00 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, yaralılara müxtəlif nahiyələrin travmaları, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1971-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 1938-ci il və 1970-ci il təvəllüdlü pasiyentlərin (kişi) müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir.
***
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza rayonun Rustov kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, “VAZ-2107" markalı minik avtomobili yolun kənarında dayanmış “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən minik avtomobili yük avtomobilinin altına girib.
Hadisə zamanı avtomobildə ər-arvad və daha bir sərnişin olmaqla ümumilikdə üç nəfər olub.
Qəza nəticəsində sürücü və ön oturacaqda əyləşən sərnişin ağır bədən xəsarətləri alaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.
Arxa oturacaqda olan sərnişin isə müxtəlif dərəcəli yüngül xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.



Bakıda avtobus evə çırpıldı - 5 sərnişin xəsarət aldı
Yol polisindən qaçan sürücü qəza törətdi - Yaralananlar var
Zaur Kamal qəzaya DÜŞDÜ; maşın bu HALDADIR - FOTO
Prospektdə zəncirvari qəza: 4 maşın toqquşdu, yaralılar var - VİDEO
Şəhərin mərkəzində “Changan” aşdı, 3 nəfər xəsarət aldı - VİDEO
Masallıda ağır yol qəzası: İki nəfər öldü - FOTO
Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - FOTO
Masallıda ağır qəza - Ölənlər var - FOTO - YENİLƏNİB
Avtomobil məhəccərə çırpıldı - Sürücü öldü
Ramanada sərnişin avtobusları toqquşdu - VİDEO
Yolayrıcına təhlükəli şəkildə daxil olan sürücü qəza törətdi - REAL VİDEO










