Yol polisindən qaçan sürücü qəza törətdi - Yaralananlar var

Qəzalar 4 İyul 2026 20:06
Yol polisindən qaçan sürücü qəza törətdi - Yaralananlar var
WhatsApp kanalımıza abunə olun

Yevlaxda yol polisinin saxla əmrinə tabe olmayan sürücü qəza törədib.

Avtosfer.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Əxşam kəndi yaxınlığından keçən hissəsində baş verib.

Əldə olunan ilkin məlumata görə, yol polisinin "saxla" əmrinə tabe olmayan və təqibdən yayınmağa çalışan "Chevrolet" markalı avtomobil iki maşınla toqquşub.

Hadisə zamanı vurulan "Mercedes" markalı avtomobillərdən birinin sürücüsü və sərnişin (yeniyetmə qız - red) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Oxunub : 394
ŞƏRH YAZ
Ad

E-mail

Şərh